​Ali Hərbi Məktəbdə praktiki tədris və təlim məşğələləri keçirilib

​Ali Hərbi Məktəbdə praktiki tədris və təlim məşğələləri keçirilib Əsas diqqət hərbi qulluqçuların hərbi vasitələrin düzgün istifadə və tətbiq edilməsi bacarıqlarının artırılmasına yönəldilib
Hərbi
25 Fevral , 2016 14:49
​Ali Hərbi Məktəbdə praktiki tədris və təlim məşğələləri keçirilib

Bakı. 25 fevral. REPORT.AZ/ Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində plana uyğun olaraq kursantların hazırlığı üzrə praktiki tədris və təlim məşğələləri keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məşğələlərdə əsas diqqət hərbi qulluqçular tərəfindən hərbi vasitələrin düzgün istifadə və tətbiq edilməsi bacarıqlarının artırılmasına yönəldilib.

Təlimlər çərçivəsində kursantlara rabitə vasitələrinin düzgün işə salınması və rabitə əlaqəsinin yaradılması, xəsarət almış hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi üçün vacib olan tədbirlərin icrasına dair məşğələlər də keçirilib.

"Gəmiçilik və radiotexniki sistemlər" kafedrasında keçirilən təlimlər zamanı kursantlara hərbi gəminin radiotexniki vasitələrinin göyərtə üzərində yerləşdirilməsi, təyinatı və iş qabiliyyətləri öyrədilib.

Bundan əlavə "Hərbi topoqrafiya" fənni üzrə məşğələdə kursantlar ərazinin relyef quruluşunun yaradılmış topoqrafik xəritə maketi vasitəsi ilə öyrənilməsi kimi biliklərə də yiyələniblər.

Son xəbərlər

Orphus sistemi