​Ağdamda "Ordu xalqın dayağıdır!" mövzusunda silsilə tədbirlər davam edir

​Ağdamda "Ordu xalqın dayağıdır!" mövzusunda silsilə tədbirlər davam edir Tədbir çərçivəsində hərbi qulluqçular və təhsildə uğur əldə edən şagirdlər mükafatlandırılıb
Hərbi
14 Fevral , 2015 18:40
​Ağdamda Ordu xalqın dayağıdır! mövzusunda silsilə tədbirlər davam edir

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Müdafiə Nazirliyi və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ordu xalqın dayağıdır!" mövzusunda keçirilən hərbi vətənpərvərlik tədbirinin ikinci günü rayon Mədəniyyət Evində davam edib.

"Report" xəbər verir ki, tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, hərbi birliyin zabiti Həbib Məmmədov, rayon təhsil şöbəsinin müdir müavini Rahil Allahverdiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, zabit Elvin Xəlilov, Qarabağ müharibəsi veteranı, "Azərbaycan Bayrağı" ordenli jurnalist Baxşeyiş Abbasoğlu, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri çıxış ediblər.

Rayon İcra Hakimiyyətinin rəhbərliyi və hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçular və təhsildə uğurlar əldə edən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Hərbi vətənpərvərlik tədbiri konsert proqramı ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi