Ağdam və Tərtərdə partlamış hərbi sursatların qalıqları aşkar edilib

Ağdam və Tərtərdə partlamış hərbi sursatların qalıqları aşkar edilib ANAMA ərazilərdə əməliyyatları davam etdirir
Hərbi
22 İyul , 2016 15:06
Ağdam və Tərtərdə partlamış hərbi sursatların qalıqları aşkar edilib

Bakı. 22 iyul. REPORT.AZ/ Ağdam və Tərtər rayonlarında Partlamamış Hərbi Sursatlar (PHS) aşkarlanıb.

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, iyulun 22-də 1 ev və həyatyanı sahə, 3 əkin sahəsi, 7 partlayış yerinə baxış keçirilib, nəticə olaraq 10 100 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonunun Zəngişalı kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçrilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, 5 100 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Həsənqaya kəndində 1 ev və həyatyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, 5 min kv.m ərazi yoxlanılıb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə Agentlik aprelin 7-den iyulun 22-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 629 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 594 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi