ABŞ hərbçiləri Azərbaycan ordusunun zabitləri üçün seminar keçirir

ABŞ hərbçiləri Azərbaycan ordusunun zabitləri üçün seminar keçirir Məqsəd Azərbaycan zabitlərini beynəlxalq sülhməramlı əməliyyatlarda qarşılaşdıqları maddi-texniki təminat tələbatları ilə bağlı məlumatlandırmaqdır
Hərbi
16 Avqust , 2016 13:30
ABŞ hərbçiləri Azərbaycan ordusunun zabitləri üçün seminar keçirir

Bakı. 16 avqust. REPORT.AZ/ ABŞ-ın Oklahoma Milli Qvardiyasının Mobil Təlim Qrupu "Beynəlxalq sülhməramlı əməliyyatlarda maddi-texniki təminat üzrə tələbatlar" mövzusunda seminar keçirir.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirin məqsədi Azərbaycan zabitlərini beynəlxalq sülhməramlı əməliyyatlarda NATO kontingentlərinin qarşılaşdığı maddi-texniki təminat tələbatları və qarşıda duran çağırışlarla bağlı məlumatlandırmaqdan ibarətdir.

Seminar müddətində Mobil Təlim Qrupu tərəfindən ABŞ və NATO-da tətbiq olunan maddi-texniki təminat şəbəkəsi (MTT) sistemləri, əməliyyat zonasına çıxmamışdan əvvəl MTT ilə bağlı hazırlıq tapşırıqları, NATO kontingentinin əməliyyat zonasına çıxışı zamanı çoxeşelonlu MTT dəstəyinin tələbatları, NATO çevik həmlə qüvvələrinin əməliyyat zonasına çıxışının planlaşdırılmasında qarşıda duran məsələlər və digər mövzularla bağlı məlumatlar verilərək müzakirələr aparılacaq.

Seminar avqustun 19-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi