Abdulla Qurbanov və Yusif Axundzadəyə Prezidentin fərdi təqaüdü veriləcək

Abdulla Qurbanov və Yusif Axundzadəyə Prezidentin fərdi təqaüdü veriləcək Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb
Hərbi
24 İyun , 2016 18:32
Abdulla Qurbanov və Yusif Axundzadəyə Prezidentin fərdi təqaüdü veriləcək

Bakı. 24 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Abdulla Novruz oğlu Qurbanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənəd əsasən, A.Qurbanova Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində xidmətlərinə görə Yusif Yevgeniyeviç Axundzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi