Bakı. 15 avqust. REPORT.AZ/ Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bu gün Yerevana gedib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, avqustun 16-da Ermənistan paytaxtında baş tutacaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında iştirak edəcək.
Xatırladaq ki, S.Şoyqu avqustun 14-15-də Azərbaycana işgüzar səfərini başa vurduqdan sonra Ermənistana yola düşüb.