Müdafiə Nazirliyinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Müdafiə Nazirliyinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək Gürcüstanın Qori şəhərində Gender təlimi üçün təlimatçı kursu keçiriləcək
Hərbi
12 Sentyabr , 2015 09:36
Müdafiə Nazirliyinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sentyabrın 14-dən noyabrın 26-dək Rumıniyanın Buxarest şəhərində intensiv ingilis dili kursu, sentyabrın 16-dan 25-dək Gürcüstanın Qori şəhərində Gender təlimi üçün təlimatçı kursu, sentyabrın 17-dən noyabrın 27-dək Slovakiyanın Liptovskiy Mikulaş şəhərində 15-ci Beynəlxalq Qərargah zabitləri kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi