Zakir Həsənov sabah Türkiyəyə gedir

Zakir Həsənov sabah Türkiyəyə gedir Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işgüzar səfərə yola düşəcək. Səfər çərçivəsində Türkiyə milli müdafiə naziri ilə
Hərbi
31 Yanvar , 2022 17:10
Zakir Həsənov sabah Türkiyəyə gedir
Zakir Həsənov
0 : 00
0 : 00

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işgüzar səfərə yola düşəcək.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Türkiyə milli müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələri üzrə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Səfər fevralın 2-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi