Azərbaycan Ordusunun leytenantı həlak olub

Azərbaycan Ordusunun leytenantı həlak olub Müdafiə Nazirliyindən bildiriblər:
Hərbi
9 Avqust , 2021 13:37
Azərbaycan Ordusunun leytenantı həlak olub
0 : 00
0 : 00

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib.

Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildiriblər ki, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.

Hadisənin səbəbləri araşdırılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Son xəbərlər

Orphus sistemi