Şəmkir rayonunda qohumlar arasında kütləvi dava baş verib

Şəmkir rayonunda qohumlar arasında kütləvi dava baş verib Hadisə zamanı bir nəfər bıçaqlanıb, bir nəfər isə ağacla döyülüb
Hadisə
9 Sentyabr , 2014 15:37
Şəmkir rayonunda qohumlar arasında kütləvi dava baş verib
Bakı. 9 sentyabr.REPORT.AZ/ Azərbaycanın Şəmkir rayonunda qohumlar arasında kütləvi dava baş verib. Şəmkir rayon Polis Şöbəsindən Report-a daxil olan məlumata görə, hadisə Şəmkir rayonunun Dəllər-Daşbulaq kəndində qeydə alınıb. Hadisə zamanı kənd sakinləri Elçin Məmmədov, Rəşad Qələndərov və onun qardaşı Oqtay münaqişə zəminində qohumları Samir Mövsümovu ağacla döyüb. Bundan sonra isə S.Mövsümov onu döyən şəxslərdən R.Qələndərova bıçaqla xəsarət yetirib.

Dava zamanı xəsarət alan S.Mövsümov və R.Qələndərov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi