Şamaxı-İsmayıllı yolunda ağır yol qəzasında 4 nəfər ölüb

Şamaxı-İsmayıllı yolunda ağır yol qəzasında 4 nəfər ölüb Qəza zamanı yük avtomobili ilə minik maşını toqquşub
Hadisə
22 Sentyabr , 2014 10:30
Şamaxı-İsmayıllı yolunda ağır yol qəzasında 4 nəfər ölüb
Bakı. 22 sentyabr. REPORT.AZ/ Ötən gecə Azərbaycanın Şamaxı rayonu, Şamaxı-İsmayıllı yolunun 128-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, qəza zamanı "Kamaz" markalı yük avtomobili ilə "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə minik avtomobilində sürücü və 3 nəfər sərnişin dünyalarını dəyişiblər. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücü və 3 nəfər sərnişinin meyitini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Qəza ilə bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi