Zərdab rayonunda 4 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilib

Zərdab rayonunda 4 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilib Bununla bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb
Hadisə
29 Avqust , 2014 09:36
Zərdab rayonunda 4 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilib
Bakı. 29 avqust. REPORT.AZ/ Zərdab rayon Polis Şöbəsi əməkdaşları tərəfindən “Xaş-xaş 2014” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq əməliyyat-axtarış tədbirləri keçirilib. Report-un xəbərinə görə, bununla bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayonunun Bıçaqçı kəndinin “Yuxarı bağ” adlanan ərazisində sayı 2900 ədəd, çəkisi 4 ton 307 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilib.

Son xəbərlər

Orphus sistemi