​Zəlzələ nəticəsində İcra Hakimiyyətinin inzibati binasında çatlar əmələ gəlib

​Zəlzələ nəticəsində İcra Hakimiyyətinin inzibati binasında çatlar əmələ gəlib Binaya ciddi ziyan dəyməyib
Hadisə
4 Sentyabr , 2015 10:58
​Zəlzələ nəticəsində İcra Hakimiyyətinin inzibati binasında çatlar əmələ gəlib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində Şəki Şəhər İcra Hakimiyyətinin (İH) inzibati binasında çatlar əmələ gəlib. Bu barədə “Report”a İH-dən məlumat verilib. Lakin binaya ciddi ziyan dəyməyib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 09.49-da Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bala qədər hiss edilib.

Son xəbərlər

Orphus sistemi