Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var

Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
Hadisə
19 Oktyabr , 2015 11:07
Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var

Bakı. 19 oktyabr. REPORT.AZ/ Zaqatalada üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "Opel" və "Vaz-21011" markalı avtomobillərin toqquşması ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hər iki sürücü və bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol polisinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi