​Zaqatalada lepka sexində, Bakıda beşmərtəbəli binada yanğın olub

​Zaqatalada lepka sexində, Bakıda beşmərtəbəli binada yanğın olub Hadisə yerlərinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
7 May , 2015 05:13
​Zaqatalada lepka sexində, Bakıda beşmərtəbəli binada yanğın olub

Bakı. 7 may. REPORT.AZ/ Gecə saatlarında Bakıda və Zaqatalada yanğın hadisələri baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşın kirayə yaşadığı 3 otaqlı mənzılın sanitar otağında hava təmizləyici qurğu yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Zaqatala şəhərində isə vətəndaşa məxsus lepka sexinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi