Zaqatalada avtomobil qəzası olub, 3 nəfər yaralanıb

Zaqatalada avtomobil qəzası olub, 3 nəfər yaralanıb Qəza ilə BDYPİ-də araşdırma başlanılıb
Hadisə
14 Noyabr , 2014 12:07
Zaqatalada avtomobil qəzası olub, 3 nəfər yaralanıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın Zaqatala rayonunda qəza baş verib. Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) "Report"a verilən məlumata görə, qəza noyabrın 13-də, axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 134-cü kilometrliyində qeydə alınıb.

Zaqatala rayon sakini Məmmədov Telman Sabir oğlunun idarə etdiyi "VAZ 21-102" markalı avtomobil Balakən rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan gələn, rayon sakini Məmmədov Etibar Məhəmməd oğlunun idarə etdiyi "Toyota" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 21-102" yoldan çıxaraq dərəyə aşıb. Sürücü Telman Məmmədov və avtomobildə olan digər sərnişinlər, sürücünün atası - 57 yaşlı Sabir  Məmmədov və anası 56 yaşlı Zərqələm  Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Qəza ilə BDYPİ-də araşdırma başlanılıb.

Son xəbərlər

Orphus sistemi