Zaqatalada 19 yaşlı gənc toyda bıçaqlanıb

Zaqatalada 19 yaşlı gənc toyda bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Noyabr , 2015 10:12
Zaqatalada 19 yaşlı gənc toyda bıçaqlanıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Zaqatala rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Dağlı kəndində  qeydə alınıb.

Belə ki, kənddə fəaliyyət göstərən şadlıq evində keçirilən toy mərasimində rayonun Faldar kənd sakini 19 yaşlı Ruhi Abdullayev bıçaqlanıb.

Yaralı qarın boşluğunun kəsilmiş-deşilmiş, daxilə nüfuz edən bıçaq xəsarətləri diaqnozu ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun üzərində cərahiyyə əməliyyatı aparılıb və vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. Cinayəti törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Son xəbərlər

Orphus sistemi