"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilk yanğın hadisəsi Şəmkirin Zəyəm qəsəbəsində vətəndaşa məxsus yardımçı tikilidə baş verib.
Nəticədə obyektin yanar konstruksiyaları yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Digər yanğın Zaqatala rayonunun Car kəndində rayon mərkəzindən 4 km aralıda qeydə alınıb. Vətəndaşa məxsus yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.