​Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın olub

​Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın olub Yanğın qoruğun Balakən rayonu ərazisində qeydə alınıb
Hadisə
5 Avqust , 2016 21:50
​Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın olub

Bakı. 5 avqust. REPORT.AZ/ Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğın qoruğun Balakən rayonu ərazisinin Qaraçay sahəsinin 5 saylı dolayında qeydə alınıb.

Əraziyə dərhal nazirliyin yerli qurumları və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Alovun qarşısı tam alınıb.

Yanğın nəticəsində qoruğun 6 sot ərazisində olan xəzəl və quru ot örtüyü yanıb.

Son xəbərlər

Orphus sistemi