“Zaminbank”ın keçmiş filial müdirinin məhkəməsində onun həyat yoldaşı ifadə verib

“Zaminbank”ın keçmiş filial müdirinin məhkəməsində onun həyat yoldaşı ifadə verib Qadın ASC-dən 253 min manat kredit götürdüyünü bildirib
Hadisə
21 Oktyabr , 2016 16:01
“Zaminbank”ın keçmiş filial müdirinin məhkəməsində onun həyat yoldaşı ifadə verib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində təqsirləndirilən şəxsin həyat yoldaşı Aygün Bayramova ifadə verib.

O, "Zaminbank" ASC-dən 253 min manat kredit götürdüyünü bildirib. A.Bayramova istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyib.

Daha sonra şahid Vüqar Gözəlov dindirilib. O, təqsirləndirilən şəxslərdən yalnız M.Bayramovu tanıdığını vurğulayıb: "Müşfiq atamla dost olub. Bankdan kredit götürməmişəm. Rusiyaya getmək istəyirdim, lakin atam sənədlərimi əlimdən alıb, özündə saxlayırdı".

Təqsirləndirilən şəxs M.Bayramov bildirib ki, V.Gözəlovun atasından onun sənədlərini gətiməsini xahiş edib.

Məhkəmənin növbəti iclası oktyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, “Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş M.Bayramov və digərləri sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda - 41 min 300 manat pulu mənimsəməkdə təqsirli bilinir.

O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

M.Bayramovdan başqa 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi