​"Zaminbank" Dövlət Komitəsini məhkəməyə verib

​"Zaminbank" Dövlət Komitəsini məhkəməyə verib İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
11 Sentyabr , 2015 12:21
​Zaminbank Dövlət Komitəsini məhkəməyə verib

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Zaminbank" Açıq Səhmdar Cəmiyyəti (ASC)  Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətini (DƏDRX) məhkəməyə verib.

"Report"un məlumatına görə, bank DƏDRX-dən çıxarışın verilməsini tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, 38 filial və 17 bank şöbəsinə malik olan "Zaminbank" 2007-ci ildən ipoteka kreditlərini təqdim etməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi