Zakir Qaralov Goranboyda vətəndaşları qəbul edib

Zakir Qaralov Goranboyda vətəndaşları qəbul edib Bölgədə cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün tapşırıqlar verilib
Hadisə
20 May , 2016 16:53
Zakir Qaralov Goranboyda vətəndaşları qəbul edib

Bakı. 20 may. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov bu gün Goranboy rayon prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarından olan sakinləri qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, qəbuldan əvvəl baş prokuror Z.Qaralov və Goranboy rayon İcra Hakimiyyətinin başçısı ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 39 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur qurumların rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq tapşırıqlar verib.

Göstərilənlərlə yanaşı, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi