Yuxarı Qarabağ kanalında batan 11 yaşlı uşağın meyiti tapılıb

Yuxarı Qarabağ kanalında batan 11 yaşlı uşağın meyiti tapılıb Cəsəd hadisə yerindən 16 km aralıda tapılıb
Hadisə
23 Noyabr , 2014 16:04
Yuxarı Qarabağ kanalında batan 11 yaşlı uşağın meyiti tapılıb
Баку. 23 ноября. REPORT.AZ/ Yuxarı Qarabağ kanalında batan uşaq meyiti tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 2014-cü ilin noyabrın 11-də Mingəçevirdə Yuxarı Qarabağ kanalında batan 2003-cü il təvəllüdlü Novruzov Toğrul Hikmət oğlunun axtarışları başa çatdırılıb.

Qeyd olunan şəxsin cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 16 km aralıdan tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi