“Yunayted Kredit Bank” Mərkəzi Bankın iddiası əsasında çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verib

“Yunayted Kredit Bank” Mərkəzi Bankın iddiası əsasında çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verib İşə hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq
Hadisə
26 Mart , 2016 16:46
“Yunayted Kredit Bank” Mərkəzi Bankın iddiası əsasında çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verib

Bakı. 26 mart. REPORT.AZ/ “Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Mərkəzi Bankının (AMB) iddiası əsasında çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 29-na təyin edilib.

İşə hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Mərkəzi Bank “Yunayted Kredit Bank” ASC-ni məhkəməyə verib. AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan “Yunayted Kredit Bank” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, bu il yanvarın 25-də AMB İdarə Heyətinin qərarı ilə “Yunayted Kredit Bank” ASC-nin lisenziyası ləğv edilib. Banka müvəqqəti inzibatçı təyin edilib.

Son xəbərlər

Orphus sistemi