“Yunayted Kredit Bank”ın Mərkəzi Banka qarşı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

“Yunayted Kredit Bank”ın Mərkəzi Banka qarşı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb Hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub
Hadisə
11 May , 2016 09:00
“Yunayted Kredit Bank”ın Mərkəzi Banka qarşı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

Bakı. 11 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Azərbaycan Mərkəzi Bankına (AMB) qarşı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, ASC-nin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Mərkəzi Bank “Yunayted Kredit Bank” ASC-ni məhkəməyə verib. AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan “Yunayted Kredit Bank” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, bu il yanvarın 25-də AMB İdarə Heyətinin qərarı ilə “Yunayted Kredit Bank” ASC-nin lisenziyası ləğv edilib. Banka müvəqqəti inzibatçı təyin olunub.

Son xəbərlər

Orphus sistemi