Yüksək Texnologiyalar Parkında quldurluq olub

Yüksək Texnologiyalar Parkında quldurluq olub Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Avqust , 2015 15:23
Yüksək Texnologiyalar Parkında quldurluq olub

Bakı. 22 avqust. REPORT.AZ/ Yüksək Texnologiyalar Parkının ərazisindən inşaat materialları oğurlayan şəxslər tutulub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Pirallahı qəsəbəsində Yüksək Texnologiyalar Parkının ərazisindən naməlum şəxslər "Mercedes" markalı avtomobildə inşaat materialları oğurlayıb apararkən orada briqadir işləyən Ağstafa rayon sakini Şamxal Bayramov "VAZ-2107" markalı avtomobillə onların qarşısını kəsib. Lakin onlar avtomobili vuraraq hadisə yerini tərk ediblər.

Pirallahı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Elməddin Hüseynov, Şəhriyar Cavadov və Tacı Əmrullayev tutulub.

E.Hüseynovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (quldurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi