Yol qəzasından sonra sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb

Yol qəzasından sonra sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb Hadisə Abşeron rayonunda baş verib
Hadisə
28 Avqust , 2015 10:25
Yol qəzasından sonra sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb

Bakı. 28 avqust. REPORT.AZ/ Abşeron rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış vətəndaşı avtomobildən çıxarıb aidiyyəti üzrə təhvil veriblər. 

Son xəbərlər

Orphus sistemi