Yol polisi Göygöldə reyd keçirib, avtomobili sərxoş vəziyyətdə idarə edən 17 nəfər aşkarlanıb

Yol polisi Göygöldə reyd keçirib, avtomobili sərxoş vəziyyətdə idarə edən 17 nəfər aşkarlanıb Həmin sürücülər inzibati məsuliyyətə cəlb olunub
Hadisə
24 Avqust , 2016 14:44
Yol polisi Göygöldə reyd keçirib, avtomobili sərxoş vəziyyətdə idarə edən 17 nəfər aşkarlanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Yol polisi Göygöl rayonunda reyd keçirib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən "Report"a verilən məlumata görə, Dövlət Yol Polisi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, insanların həyat və sağlamlıqlarının avtomobillərin zərərli təsirlərindən qorunması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin, Yol-Patrul Xidməti Alayının xüsusi bölüyünün əməkdaşlarının Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ilə birlikdə avqustun 23-də Göygöl rayonu ərazisində keçirdikləri reydlər nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 17 nəfər akşar edilərək inzibati məsuliyyətə cəlb olunub.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etmələrini, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə etmə hallarına son qoymağı tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi