Yol polisi bir gündə 4796 sürücünü cərimələyib

Yol polisi bir gündə 4796 sürücünü cərimələyib 34 sürücü avtomobili sərxoş idarə etdiyinə görə cəzalandırılıb
Hadisə
18 Oktyabr , 2016 17:07
Yol polisi bir gündə 4796 sürücünü cərimələyib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində 4796 sürücünün inzibati xəta törətdiyini aşkar edib.

 Bu barədə "Report"a idarədən məlumat verilib.

Bildirilib ki, oktyabrın 17-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 34-ü sükan arxasına sərxoş halda əyləşdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 1695 sürücüyə elektron protokol (MMX) tərtib edilib.

Son xəbərlər

Orphus sistemi