Bakı. 29 dekabr. REPORT.AZ/ Yevlaxda zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar yerli vaxtla saat 09:17-də, Mingəçevirdən 28 km cənubda, Yevlax rayonu ərazisində qeydə alınıb.
Maqnitudası 3,2, dərinliyi 32 km olan zəlzələ hiss edilməyib.