Yevlaxda yanğın baş verib

Yevlaxda yanğın baş verib Hadisə Xaldan kəndində qeydə alınıb
Hadisə
17 May , 2015 09:00
Yevlaxda yanğın baş verib

Bakı. 17 May. REPORT.AZ/ Yevlax rayonunda bu gecə yanğın hadisəsi qeydə alınıb. "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 2 km aralıda yerləşən Xaldan kəndində baş verib.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi