​Yevlaxda “KaMAZ”, “OKA” və “QAZ” markalı minik avtomobilləri toqquşub

​Yevlaxda “KaMAZ”, “OKA” və “QAZ” markalı minik avtomobilləri toqquşub OKA” minik avtomobilində sıxılmış vəziyyətdə qalmış vətəndaşın cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Hadisə
30 İyul , 2016 19:39
​Yevlaxda “KaMAZ”, “OKA” və “QAZ” markalı minik avtomobilləri toqquşub

Bakı. 30 iyul. REPORT.AZ/ Yevlax-Xaldan yolunda üç avtomobilin toqquşması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax-Xaldan yolunda “KaMAZ” markalı yük, “OKA” və “QAZ” markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış “OKA” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış vətəndaşın cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:05-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi