​Yevlaxda sürücü avtomobil ilə su kanalına düşərək ölüb

​Yevlaxda sürücü avtomobil ilə su kanalına düşərək ölüb “QAZ” markalı minik avtomobili Yuxarı Şirvan kanalına düşüb
Hadisə
7 Avqust , 2015 23:59
​Yevlaxda sürücü avtomobil ilə su kanalına düşərək ölüb

Bakı. 8 Avqust. REPORT.AZ/ Bu gün axşam saatlarında Yuxarı Şirvan kanalının Yevlax rayonu ərazisindən keçən hissəsinə “QAZ” markalı minik avtomobili düşüb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə, 1981-ci il təvəllüdlü Məmmədov Rəşad Faiq oğlu avtomobildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər R.Məmmədovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi