Yevlaxda qadın kişini bıçaqlayıb

Yevlaxda qadın kişini bıçaqlayıb Hadisəni törədən şəxs tutulub
Hadisə
6 Fevral , 2016 13:15
Yevlaxda qadın kişini bıçaqlayıb

Bakı. 6 fevral. REPORT.AZ/ Yevlax şəhərində yaşayan Azər Əhmədova bıçaqla xəsarət yetirmiş Lyudmila Novruzlu tutulub. “Report” xəbər verir ki, yanvarın 29-da Yevlax şəhərində yaşayan Azər Əhmədov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılmış araşdırmalarla A.Əhmədovla həmyerlisi Lyudmila Novruzlu arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə L.Novruzlu tutulub.

Son xəbərlər

Orphus sistemi