​Yevlaxda minik avtomobili yanıb

​Yevlaxda minik avtomobili yanıb Hadisə rayonun Duzdağ qəsəbəsində baş verib
Hadisə
23 Fevral , 2015 23:02
​Yevlaxda minik avtomobili yanıb

Bakı. 23 fevral. REPORT.AZ/ Yevlax rayonunun Duzdağ qəsəbəsində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri və 2 ədəd qabaq təkərləri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi