Bakı. 21 Fevral. REPORT.AZ/ Yevlax şəhərində fərdi yaşayış evində yanğın baş verib.
"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində bir otağın tavanı 10 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.