Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib Faktla bağlı araşdırma aparılır
Hadisə
30 Avqust , 2016 12:24
Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı. 30 avqust. REPORT.AZ/ Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Qaraməmmədli kəndinin ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakinləri Əli Heydərovun idarə etdiyi “MTZ-80” markalı taraktorla və Qəhrəman Allahverdiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ-2106"-nın sürücüsü Q.Allahverdiyev və onun sərnişini - anası Raya Allahverdiyeva hadisə yerində ölüblər.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi