​Yevlaxda ev, Goranboyda restoran yanıb

​Yevlaxda ev, Goranboyda restoran yanıb Hadisə yerlərinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
12 May , 2015 08:11
​Yevlaxda ev, Goranboyda restoran yanıb

Bakı. 12 may. REPORT.AZ/ Səhər saatlarında Yevlax və Goranboyda yanğın hadisələri qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Yevlax şəhərində vətəndaşa məxsus ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Goranboyun Dəliməmmədli kəndində isə vətəndaşa məxsus birmərtəbəli restoranın 1 otağının lambirdən ibarət tavanı yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi