Yevlaxda ağır qəza: 3 ölü, 1 yaralı

Yevlaxda ağır qəza: 3 ölü, 1 yaralı “VAZ” və “Dodge” markalı minik avtomobilləri toqquşub
Hadisə
29 Yanvar , 2016 22:47
Yevlaxda ağır qəza: 3 ölü, 1 yaralı

Bakı. 29 yanvar. REPORT.AZ/ Yevlax rayonu ərazisində “VAZ” və “Dodge” markalı minik avtomobilləri toqquşub.

"Report" xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi üzrə xilasediciləri cəlb olunublar.

Nəticədə xilasedicilər “VAZ” markalı avtomobildən 3 nəfərin cəsədini və 1 nəfər yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:45-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi