​Yeni doğulmuş körpə avtomobil qəzasında ölüb, anası və nənəsi yaralanıb

​Yeni doğulmuş körpə avtomobil qəzasında ölüb, anası və nənəsi yaralanıb Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
17 Yanvar , 2015 13:58
​Yeni doğulmuş körpə avtomobil qəzasında ölüb, anası və nənəsi yaralanıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Qaradağ rayonunun Ələt qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report”un xəbərinə görə, məlumatı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı yayıb.

Belə ki, Xocavənd rayon sakini Zöhrab Balakişiyevin idarə etdiyi “VAZ-2107”, Şirvan şəhər sakini Anar Əmənovun idarə etdiyi “KamAZ-5320” və Sabirabad rayon sakini Əsgər Hacıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Z.Balakişiyevin sərnişinlərindən - yeni doğulmuş qızı hadisə yerində ölüb, digər sərnişinləri - arvadı Aliyə və qayınanası Dilşad Bəhramova xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi