Yazıçı Əkrəm Əylisli təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib

Yazıçı Əkrəm Əylisli təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib O, vəkil Elçin Sadıqovla müqavilə bağlayıb
Hadisə
6 Aprel , 2016 17:30
Yazıçı Əkrəm Əylisli təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib

Bakı. 6 aprel. REPORT.AZ/ Yazıçı Əkrəm Əylisli hüquqlarının müdafiəsi üçün vəkil Elçin Sadıqovla müqavilə bağlayıb.

“Report”un xəbərinə görə, bu barədə E.Sadıqov məlumat verib.

Daha sonra Ə.Əylisli və vəkili müstəntiqin çağırışı ilə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsinə gedib. Əkrəm Əylisli əvvəlcə şübhə edilən şəxs qismində, daha sonra isə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsiylə ittiham elan olunub.

"İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, DSX-nin əməkdaşı 15.09.1981-ci il təvəllüdlü Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 ölçüdə soğlun göymütül qançır yaranıb”, - deyə vəkil bildirib.

Onun sözlərinə görə, Əkrəm Əylisli ittihamları qəbul etmədiyini, heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etmədiyini, belə hərəkətləri etməyə yaşının, fiziki durumunun və mənəvi durumunun imkan vermədiyini, cinayət işinin onun yazıçı fəaliyyəti ilə bağlı olduğunu bildirib. Hazırda istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi