Astarada yaşayış evindən külli miqdarda qızıl əşyaları oğurlayan şəxslər tutulub - FOTO

Astarada yaşayış evindən külli miqdarda qızıl əşyaları oğurlayan şəxslər tutulub - FOTO ​Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb
Hadisə
25 Dekabr , 2015 15:09
Astarada yaşayış evindən külli miqdarda qızıl əşyaları oğurlayan şəxslər tutulub - FOTO

Bakı. 25 dekabr. REPORT.AZ/ Astara rayonunda yaşayış evindən külli miqdarda qızıl-zinət əşyalarını oğurlayan şəxslər tutulub. Bu barədə "Report"a Astara Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq Bölməsinin baş müstənriqi Samir Həsənov məlumat verib. 

Baş müstəntiq bildirib ki, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axrtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində iki nəfər saxlanılıb: "Saxlanılan şəxslər Astara şəhərinin sakinləri - 36 yaşlı Azad Ağarəhim oğlu Heydərov və 37 yaşlı Kamran Nizami oğlu Məmmədovdur. Onlar Astara şəhəri, Azərbaycan küçəsi, 54 saylı mənzildən oğurluq etməkdə təqsirli bilinirlər. Təqsirləndirilən şəxslər evin pəncərəsinin dəmir barmaqlıqlarını və plastik pəncərəni qırmaqla qanunsuz olaraq mənzilə daxil olublar. Oradan 1911 manat pulu, 10 ədəd biri 20 manat dəyərində ətir, 1 ədəd 700 manat dəyərində qızıl boyunbağı, həmin boyunbağının üzərində olan 200 manat dəyərində qızıl klon, 1 ədəd 400 manat dəyərində qırmızı qaşlı qızıl üzük, 1 ədəd 200 manat dəyərində sadə qaşlı qızıl üzük, 1 ədəd 300 manat dəyərində qızıl üzük, 1 ədəd 100 manat dəyərində yarpaq formada olan qaşsız qızıl üzük, 1 ədəd 400 manat dəyərində brilliant qaşlı damla formada olan qızıl üzük, 1 cüt 300 manat dəyərində qırmızı qaşlı sırğa, 1 cüt 300 manat dəyərində sadə qaşlı qızıl sırğa, 1 ədəd 400 manat dəyərində qızıl bilərzik, 1 ədəd 300 manat dəyərində qızıl onluq, 2 ədəd biri 150 manat dəyərində qızıl beşlik, 1 ədəd 300 manat dəyərində brilliant qaşlı qızıl üzük, 1 ədəd 100 manat dəyərində qaşsız qızıl üzük və 1 ədəd 20 manat dəyərində ağ qaşlı gümüş üzük oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 6 431 manat məbləğində xeyli miqdarda ziyan vurublar". 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb. Saxlanılan şəxslərin digər qanunsuz əməllər törədib-törətmədikləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi