Azərbaycanda yaşayış evi zəhərli ilanların hücumuna məruz qalıb - VİDEO

Azərbaycanda yaşayış evi zəhərli ilanların hücumuna məruz qalıb - VİDEO Sürünənlər daha çox evin tavan hissəsində və döşəmənin kənarlarında hərəkət edir
Hadisə
28 İyul , 2015 14:57
Azərbaycanda yaşayış evi zəhərli ilanların hücumuna məruz qalıb - VİDEO

Bakı. 28 iyul. REPORT.AZ/ Tərtər rayonunda yaşayış evinin sakinləri zəhərli ilanların hücumuna məruz qalıb. "Report" xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində baş verib.

Belə ki, kənd sakini Çingiz Qarayevə məxsus evə ilanlar daxil olub. Sürünənlər daha çox evin tavan hissəsində və ya döşəmənin kənarlarında hərəkət edir.

İlanlardan bir neçəsini öldürən ev sahibi artıq çıxılmaz vəziyyətdə qalıb. Qarayevlər ailəsi evdə yaşamaqdan qorxduqlarından, həyətyanı sahədə sığınacaq quraraq orada gecələyirlər. Ev sahibi ilanların coxalmasını ermənilər tərəfindən  işğal olunan Azərbaycan ərazilərində tez-tez yanğınların törədilməsi ilə əlaqələndirib: "Çünki yanğınlardan sonra ilanlar təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə üz tuturlar".

Son xəbərlər

Orphus sistemi