Yasamalda "Mercedes" səddə çırpılıb: sərnişin xəsarət alıb

Yasamalda "Mercedes" səddə çırpılıb: sərnişin xəsarət alıb Xilasedicilər vətəndaşı deformasiyaya uğrayan avtomobildən çıxarıblar
Hadisə
6 Mart , 2015 00:52
Yasamalda Mercedes səddə çırpılıb: sərnişin xəsarət alıb

Bakı. 6 mart. REPORT.AZ/ Paytaxtın Yasamal rayonunda ötən axşam "Mercedes" markalı minik avtomobili yol ayrıcı səddə çırpılıb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər sərnişin maşında ayağı sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər vətəndaşı deformasiyaya uğrayan avtomobildən çıxararaq və aidiyyəti üzrə təhvil veriblər. 

Son xəbərlər

Orphus sistemi