Bakı. 20 dekabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda hündürmərtəbəli binaların birində növbəti yanğın hadisəsi olub. Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, hadisə Yeni Yasamal Talıblı küçəsi 24 ünvanında baş verib. Hadisə zamanı binanın dəhlizindəki elektrik sayğaclarının quraşdırıldığı ərazi yanıb. Binaya elektrik verilişi dayandırılıb. Yanğının qarşısı hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən alınıb.
Yanğının daha geniş miqyas almasına imkan verilməyib.