​Yasamalda avtomobillər iki piyadanı vurub, sürücülər qaçıb

​Yasamalda avtomobillər iki piyadanı vurub, sürücülər qaçıb Araşdırma aparılır
Hadisə
11 Mart , 2016 16:46
​Yasamalda avtomobillər iki piyadanı vurub, sürücülər qaçıb

Bakı. 11 mart. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonunda avtomobillər iki piyadanı vurub.

“Report”un xəbərinə görə, rayonun Kənar dairəvi yolunda naməlum avtomobil Biləsuvar rayon sakini, 36 yaşlı Heydər Babayevi vurub.

Bundan başqa, rayonun Yasamal Xiyabani küçəsi, 42 ünvanında naməlum avtomobil Bakı şəhər sakini, 17 yaşlı Gilə Əsədovanı vurub.

Hər iki yaralı xəstəxanada yardım aldıqdan sonra buraxılıb.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi