Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının Yasmal rayonunda 2 nəfər intihara cəhd edib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata görə, 2 nəfər Yasamalda tikilməkdə olan 16 mərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşlarla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxslər aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:39-da başa çatıb.