Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib

Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib Baxış zamanı saxlanılan şəxsdən narkotik vasitə heroin də götürülüb
Hadisə
3 Sentyabr , 2014 12:21
Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib
Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib. Yasamal rayon Polis idarəsindən (RPİ) Report-a verilən məlumata görə, Məhəmməd Həsənov küçəsində iki naməlum şəxs Abşeron rayon sakini Vasif Hüseynovu döyərək bıçaqla hədələyib, onun 200 manatını və mobil telefonunu alıb. Yasamal RPİ və 29-cu Polis Bölməsi əməkdaşlarnın keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Ağcabədi rayon sakini, 1984-cü il təvəllüdlü Cahid Əliyev tutulub. Polislər onun üzərinə baxış zamankı 0,261 qram heroin də götürüblər.

Son xəbərlər

Orphus sistemi