Bakı. 8 mart. REPORT.AZ/ Bakının Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər giriş qapısını açaraq mənzilə baxış keçirdiblər, yatmış vəziyyətdə aşkarlanan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.