Yasamal rayonunda baş verən qəza ilə bağlı rəsmi məlumat yayılıb

Yasamal rayonunda baş verən qəza ilə bağlı rəsmi məlumat yayılıb Avtomobildə sıxılmış vəziyyətdə qalan sərniş çıxarılıb
Hadisə
11 Mart , 2015 03:08
Yasamal rayonunda baş verən qəza ilə bağlı rəsmi məlumat yayılıb

Bakı. 11 mart. REPORT.AZ/ Yasamal rayonunda vətəndaşa məxsus “Nissan” markalı minik avtomobili işıq dirəyinə çırpılaraq aşıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:13-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi